Yığmamız seçmə mərhələyə qələbə ilə başladı

22:12 06.04.2022 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Azərbaycanın 19 yaşadək qadın futbolçulardan ibarət millisi Avropa çempionatının seçmə mərhələsinin ikinci raundunda ilk oyununu keçirib.

Hafta.az xəbər verir ki, yığmamız B liqasının 1-ci qrupunda Farer adaları ilə qarşılaşıb. Millimiz 2:0 hesabı ilə qalib gəlib. 

Qolları 20-ci dəqiqədə Aysun Muradova və 41-ci dəqiqədə Pərvin Səfərəliyeva vurublar. 

Qeyd edək ki, Azərbaycan millisi qrupdakı ikinci matçını aprelin 9-da Maltaya qarşı keçirəcək.