Ziya Bünyadov prospektində hərəkət 2 günlüyə dayandırılıb

14:10 03.07.2020 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Aparılacaq təmir işləri ilə əlaqədar olaraq 04 və 05 iyun tarixlərində “3-cü mikrorayon” dairəsi üzərindən küçən yol ötürücüsünə “20 yanvar” dairəsi istiqamətindən giriş müvəqqəti olaraq məhdudlaşdırılacaq.

Avtomobil Yolları Dövlət Agentliyindən (AAYDA) hafta.az-a verilən məlumata görə, alternativ olaraq sürücülər prospektin köməkçi yolundan, həmçinin Asif Məhərrəmov, Ceyhun Səlimov və Əbdulvahab Salamzadə küçələrindən istifadə edə bilərlər.

Yarana biləcək müvəqqəti narahatlığa görə AAYDA vətəndaşlardan üzr istəyir.