"Barselona"da rekord

12:15 30.04.2023 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

"Barselona"nın qapıçısı Mark-Andre ter Ştegen klub tarixinin rekorduna imza atıb.

Hafta.az xəbər verir ki, o, buna La Liqanın 32-ci turunda səfərdə "Betis" lə görüşdə (4:0) qol buraxmamaqla nail olub.

O, bu mövsüm yerli çempionatda 24 matçda qapısını "təmiz" saxlayıb. Bu isə rekord deməkdir.

Əvvəlki ən yaxşı nəticə Klaudio Bravoya məxsus olub - 2014/15 mövsümündə 23 matçda qol buraxmayıb.