"Barselona" Ronaldinyonun oğlunu transfer edib

20:10 02.03.2023 Müəllif:Azad Əliyev
Yazını böyüt
Yazını kiçilt

"Barselona" əfsanəvi braziliyalı futbolçu Ronaldinyonun oğlu ilə müqavilə imzalayıb. 18 yaşlı Joao Mendes hücumçu kimi çıxış edir.

Kataloniya klubunun mətbuat xidmətindən verilən məlumata görə, o, "Barselona"nın gənclər komandasında çıxış edəcək. Müqavilənin təfərrüatları açıqlanmayıb.

Joao Mendes yanvarda "Cruzeiro" ilə müqaviləsinə xitam verib.

Dünya çempionu, Çempionlar Liqasının qalibi, “Qızıl top”un sahibi Ronaldinyo 2016-cı ildən “Barselona”nın rəsmi səfiridir.