"Bavariya"nın futbolçularının sosial hesablarına hücum edildi

20:38 12.12.2023 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

“Bavariya”nın bir neçə futbolçusunun Instagram-dakı səhifələri porno botların hücumuna məruz qalıb. Bu barədə Stuttgarter Nachrichten məlumat yayıb.

Oyunçu hesablarında pornoqrafik məzmun ortaya çıxıb. Hücumçuların hərəkətindən Münhenin qapıçıları Manuel Noyer və Sven Ulreyx, müdafiəçi Nussair Mazraui, yarımmüdafiəçi Yozua Kimmix, həmçinin hücumçular Tomas Müller və Harri Keyn zərər çəkib.

2019-cu ildə Strontium qrupunun (Fancy Bear/APT28) hakerləri bütün dünyada antidopinq və idman təşkilatlarının saytlarına hücum ediblər. İT nəhəngi Microsoft-un məlumatına görə, 16 hücumdan bir neçəsi uğurlu alınıb, lakin əksər haker cəhdlərinin qarşısı alınıb.