"Cəfər Cabbarlı"da stansiya yolunun təmirinə başlanır

15:34 27.01.2022 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

"Cəfər Cabbarlı" stansiyasında yol infrastrukturunun dəyişdirilməsinə başlanılır.

 

Bu barədə hafta.az-a “Bakı Metropoliteni” QSC-nin mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov məlumat verib.

 

B.Məmmədovun sözlərinə görə, həmçinin, metroda ilk dəfə tunel yolunun ("Cabbarlı-Xətai" istiqamətində 500 m yaxın sahə) tam yenilənməsi istiqamətində də işlər davam etdirilir:

 

“Əvvəl üst hissə və şaxtalarda, sonra tunel hissəsindəki yolda işlər başlanıldı. Oradakı işlər 1 ay tez bitdiyindən, yeni mərhələyə, stansiya yolunun təmirinə başlanılıb”.