"Döyüşdə ruhumun varlığını hiss edirəm" - Hattan əl-Sayf

09:29 14.05.2024 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

Ər-Riyadda döyüşən bir neçə qadın arasında elit səviyyəyə çıxmaq arzusuna yaxınlaşan yeganə şəxs Hattan əl-Sayfdır. O, kişilərlə məşq etməyə alışmış döyüşçüdür və daha güclü rəqiblərin zərbələrini necə qəbul etməyi bilir. O, bunu uğurunun sirlərindən biri kimi görür.

Hafta.az-ın yazdığına görə, CNN-in danışdığı 22 yaşlı Hattan əl-Sayf deyir: "Mən bunu gecə-gündüz fasiləsiz edən yeganə qız idim. Mən hər zaman oğlanlarla məşq edirəm. Bu asan deyil".

Cümə günü misirli Nada Fəhimlə qarşılaşmadan əvvəl o, artıq MMA tarixinə düşmüşdü. Yanvar ayında o, Peşəkar Döyüşçülər Liqası (PFL) ilə müqavilə imzalayan ilk Səudiyyə Ərəbistanı qadını oldu.

O, bu döyüşdə ikinci raundda nokautla qalib gələ bilib.

2020-ci ildə qadınlardan ibarət milli futbol liqasının yaradıldığı və iki il əvvəl millinin meydana çıxdığı müsəlman ölkəsi Səudiyyə Ərəbistanında belə bir şəxsiyyətin ulduzu dünya ictimaiyyətinin diqqətini çəkib.

Hattan əl-Sayf bilir ki, o, qadın MMA döyüşçüləri üçün pionerdir: "Həqiqət budur ki, bu, böyük məsuliyyətdir və mən bunu həyatım boyu daşıyacağam. Bu, əlbəttə ki, bir az ağırdır, amma fəxr edirəm və həyəcanlıyam".

10 yaşında həm anasını, həm də atasını itirən Əl-Sayf illərdir depressiya ilə mübarizə apardıqdan sonra idmana üz tutub. "Valideynlərimi itirdiyim üçün normal və ya asan uşaqlığım olmadı. Allahdan sonra döyüş sənəti mənə çox kömək etdi. Bu, həyatımı 100 faiz yaxşıya doğru dəyişdi. Ona görə də döyüş sənətinə aludə oldum, döyüşdə ruhumun varlığını hiss edirəm" əl-Sayf deyib.

Səudiyyəli MMA döyüşçüsü Abdullah əl-Qahtani ilə əlaqə saxlayaraq idmana başladığını açıqlayan əl-Sayf Səudiyyə Ərəbistanının “Muay Thai” komandasının məşqçisi Feras Sadanın ona çox kömək etdiyini deyir: “İllər keçdikcə ata anlayışını itirmişdim. O, Tanrının mənə hədiyyəsi kimi idi. O, mənim üçün həm idman zalında, həm də çöldə hər şeyi etdi. Həmişə deyir ki, "sən sadəcə tələbə deyil, həm də mənim övladlarımdan birisən”.

Oxunma sayı 286