"Mançester Yunayted" Kriştiano Ronaldonu əvəzləmək istədiyi açıqlanıb

19:55 15.11.2022 Müəllif:Azad Əliyev
Yazını böyüt
Yazını kiçilt

"Mançester Yunayted" portuqaliyalı hücumçu Kriştiano Ronaldonun gedişi öncəsi fransalı hücumçu PSJ-nin futbolçusu Kilian Mbappeni heyətinə qatmaq niyyətindədir.

Xatırladaq ki, daha əvvəl 37 yaşlı Ronaldo açıq şəkildə “Mançester Yunayted”in məşqçilər korpusunu, rəhbərliyini və siyasətini tənqid etmişdi. Daha sonra məlum olub ki, futbolçunun vəkilləri “qırmızı şeytanlar”la 2023-cü ilin yayına qədər qüvvədə olan müqaviləyə xitam vermək üzərində işləyirlər.

“Mirror”un məlumatına görə, Ronaldonun müsahibəsindən sonra “Yunayted” Mbappeni transfer etmək planlarını sürətləndirib və onun transferi üçün 170 milyon avro (150 milyon funt) ödəməyə hazırdır. İngilis klubu fransalıya Ronaldonun əvvəllər aldığı kimi həftədə 500 min funt-sterlinq maaş da verə bilir.

Bu mövsüm portuqaliyalı Premyer Liqada on oyun keçirib, bir qol vurub. “Mançester Yunayted”də uğursuz mövsüm keçirməsinə baxmayaraq, Ronaldo Portuqaliyanın Qətərdə keçiriləcək 2022-ci ildə keçiriləcək dünya çempionatı üçün heyətinə daxil edilib.