Bu gün Misli Premyer Liqasında 20-ci tura yekun vurulub.
Hafta.az xəbər verir ki, sonuncu oyun günündə 2 görüş keçirilib.
6-cı yerdəki "Araz-Naxçıvan" 3-cü pillədəki "Sumqayıt"ı qəbul edib. Oyun 1:1 hesabı ilə başa çatıb.
Digər oyunda 4-cü yerdəki "Neftçi" evdə autsayder "Qəbələ" ilə qarşılaşıb. Görüş "Neftçi"nin 3:1 hesablı qələbəsi ilə başa çatıb.Bu qələbə ilə xallarını 32-ə çatdıran "ağ-qaralar" 2-ci pilləyə yüksəlib.
28 yanvar (bazar)
“Neftçi”– “Qəbələ” - 3:1
Qollar: Emin Mahmudov, 61-pen.(1:0), Dieqo Valdez, 67 (2:0), Emil Səfərov, 87 (2:1), Brayan Moreno, 90+5 (3:1)
Qırmızı vərəqə: Zurab Oçiqava, 59 ("Qəbələ")
Hakimlər: İnqilab Məmmədov, Rahil Ramazanov, Rəhman İmami, Vüqar Həsənli
“Neftçi Arena”
“Araz-Naxçıvan” – “Sumqayıt” - 1:1
Qollar: İsa Suliman, 45 (0:1), Vanderson Melo, 59 (1:1)
Hakimlər: Əliyar Ağayev, Zeynal Zeynalov, Teymur Teymurov, Kamran Əliyev
“Dalğa Arena”
26 yanvar (cümə)
“Turan Tovuz” – “Səbail” - 3:1
27 yanvar (şənbə)
“Zirə” – “Sabah” - 0:1
“Kəpəz” – “Qarabağ” - 1:2