"Neftçi" almaniyalı futbolçu transfer edib

23:23 22.07.2024 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

“Neftçi” almaniyalı futbolçu Robert Baueri transfer etdiyini açıqlayıb.

Klubdan hafta.az-a verilən məlumata görə, "ağ-qaralar" 29 yaşlı müdafiəçi ilə 3 illik müqavilə imzalayıb.

R.Bauer paytaxt təmsilçisində 23 nömrəli formanı geyinəcək. O, son olaraq Səudiyyə Ərəbistanının “Əl-Tai” komandasının formasını geyinib.

Robert Bauer karyerası ərzində Almaniyanın “Verder Bremen”, Nürnberq” və “İnqolştadt” klublarında da çıxış edib. O, Almaniyanın U-20 və U-21 yığmalarında da mübarizə aparıb.