Yazını böyüt
Yazını kiçilt
"Neftçi" bu gün Konfrans Liqasının 2-ci təsnifat mərhələsində "Aris"lə (Limassol) ilk matçına çıxıb.
Hafta.az xəbər verir ki, Kiprdəki "AEK Arena"da oynanılan görüş meydan sahiblərinin 2:0 hesablı qələbəsi ilə başa çatıb.
Komandalar arasındakı cavab oyunu 1 həftə sonra "Bakcell Arena"da olacaq.
Qeyd edək ki, bu cütün qalibi növbəti raundda “Rapid” (Vyana, Avstriya) - “Lexiya” (Qdansk, Polşa) cütünün güclüsü ilə görüşəcək.
Konfrans Liqası, 2-ci təsnifat mərhələsi
İlk oyun
"Aris" (Limassol, Kipr) - "Neftçi" (Azərbaycan) - 2:0
Qollar: Kaju, 53,Yannik Qomis, 65