Yazını böyüt
Yazını kiçilt
UEFA Konfrans Liqasında 2-ci təsnifat mərhələsinin oyunları keçirilir.
Hafta.az xəbər verir ki, Azərbaycan təmsilçilərindən "Neftçi" də bu gün meydana çıxıb.
"Ağ-qaralar" Bakıda "Jelezniçar"ı qəbul edib. "Neftçi" 2 cavabsız qolla qalib gəlib və 3-cü mərhələyə yüksəlib. "Neftçi" 3-cü mərhələdə ilk görüşünü səfərdə keçirəcək.
Konfrans Liqası
2-ci təsnifat mərhələsinin cavab oyunu
"Neftçi" (Azərbacan) - "Jelezniçar" (Bosniya və Herseqovina) - 2:0
Qollar: Kenni Sayef, 20 (1:0), Eddi İsrafilov, 68 (2:0)
Baş hakim - Balazs Berke (Macarıstan).
İlk oyun - 2:2
Bakı. "Bakcell Arena"