"Neftçi" Konfrans Liqasının 3-cü mərhələsində

23:00 28.07.2022 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Bu gün Konfrans Liqasında 2-ci təsnifat mərhələsinin cavab oyunları keçirilir.

Hafta.az xəbər verir ki, Azərbaycan çempionatının gümüş mükafatçısı “Neftçi” də növbəti matçına çıxıb.

Paytaxt klubu Bakıda Kipr “Aris”ini qəbul edib. Səfərdə 0:2 hesabı ilə uduzan təmsilçimiz öz meydanında möhtəşəm geridönüş edib və 3:0 hesablı qələbə ilə 3-cü mərhələyə yüksəlib.

28 iyul

Konfrans Liqası

2-ci təsnifat mərhələsi, cavab oyunu

“Neftçi” (Azərbaycan) – “Aris” (Kipr) - 3:0 

Qollar: Qodsvey Donyo, 38, Eddi İsrafilov, 54, Kenni Sayef, 62

Qırmızı vərəqə: Morqan Braun, 82 (2-ci sarı vərəqə, "Aris")
Baş hakim: Bastian Donkert (Almaniya)
Bakı. “Bakcell Arena”
İlk oyun – 0:2