Yazını böyüt
Yazını kiçilt
Avropa Liqası ilə vidalaşan “Qarabağ” mübarizəni Konfans Liqasının pley-off mərhələsində davam etdirəcək.
Hafta.az xəbər verir ki, Ağdam təmsilçisi ardıcıl ikinci mövsüm bu mərhələdə çıxış edəcək.
Qurban Qurbanovun komandasının potensial rəqibləri Konfrans Liqasının qrup mərhələsinin bu gün keçiriləcək 6-cı tur oyunundan sonra müəyyənləşəcək.
Qeyd edək ki, pley-off mərhələsinin püşkü noyabrın 7-də atılacaq.
3 noyabr
Avropa Liqası, qrup mərhələsi, 6-cı tur
G qrupu
“Qarabağ” (Azərbaycan) – “Frayburq” (Almaniya) - 1:1
Qollar: Nils Petersen, 25-pen.(0:1), Kvabena Ovusu, 90+1 (1:1)
Qırmızı vərəqə: Kevin Medina, 62 ("Qarabağ")
Baş hakim: Aleksey Kulbakov (Belarus)
Bakı. Tofiq Bəhramov adına Respublika stadionu