Yazını böyüt
Yazını kiçilt
"Qarabağ" bu gün Avropa Liqasının 3-cü təsnifat mərhələsinin cavab oyununa çıxıb.
Hafta.az xəbər verir ki, Ağdam təmsilçisi Finlandiyada HİK-in qonağı olub.
Cavab matçında da 2:1 hesabı ilə qalib gələn komanda pley-offa yüksəlib. Bununla da, "Qarabağ" ən azı Konfrans Liqasının qrupuna vəsiqəni təmin edib.
Ağdam klubu Avroliqanın pley-offunda "Olimpiya" (Sloveniya) ilə qarşılaşacaq. İlk qarşılaşma avqustun 24-ü səfərdə, cavab matçı isə avqustun 31-də Bakıda keçiriləcək.
HİK (Finlandiya) - "Qarabağ" (Azərbaycan) - 1:2
Qollar: Santeri Hostikka, 10 (1:0), Toral Bayramov, 45+3-pen (1:1), Yassin Benzia, 55 (1:2)
Qırmızı vərəqə: Kouassivi Benissan, 16-iki sarı vərəqə (HİK)
Baş hakim: Villi Delayod (Fransa)
İlk oyun - 1:2
"Bolt Arena"