"Qarabağ" Avropa, "Sabah" isə Konfrans liqasında qalib gəldi

22:08 10.08.2023 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Bu gün UEFA Avropa Liqasında 3-cü təsnifat mərhələsinin ilk oyunları keçirilir.

Hafta.az xəbər verir ki, turnirdəki təmsilçimiz "Qarabağ" da meydana çıxıb.

Ağdam klubu Bakıda Finlandiya HİK-ini qəbul edib. Tofiq Bəhramov adına Respublika stadionunda keçirilən görüş "Qarabağ"ın 2:1 hesablı qələbəsi ilə başa çatıb. Komandalar arasında cavab oyunu bir həftədən sonra Finlandiyada keçiriləcək.

Avropa Liqası

3-cü təsnifat mərhələsinin ilk oyunu

“Qarabağ” – HİK (Finlandiya) - 2:1

Qollar: Leandro Andrade, 55 (1:0), Antoni Olusanya, 77 (1:1), Juninyo, 85 (2:1)

Bakı.Tofiq Bəhramov adına Respublika stadionu

UEFA Konfrans Liqasında da 3-cü təsnifat mərhələsinin ilk oyunları keçirilir. Turnirdəki təmsilçilərimizdən "Sabah" da bu gün meydana çıxıb.

Murad Musayevin komandası Bakıda Serbiya "Partizan"ını qəbul edib. Görüşdə "Sabah" 2:0 hesablı qələbə qazanıb. Komandalar arasında cavab oyunu avqustun 17-də Belqradda keçiriləcək.

UEFA Konfrans Liqası

3-cü təsnifat mərhələsinin ilk oyunu

"Sabah"  - "Partizan" (Serbiya) - 2:0

Qollar: Boyan Letiç, 70, 74

"Bank Respublika Arena"