"Qarabağ" Çempionlar Liqasında böyük hesabla növbəti mərhələyə yüksəlib

22:25 19.07.2023 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

İyulun 19-da Ağdamın “Qarabağ” klubu UEFA Çempionlar Liqasının birinci təsnifat mərhələsinin cavab oyununda qələbə qazanıb.

Hafta.az xəbər verir ki, Ağdam təmsilçisi Bakı Olimpiya Stadionunda “Linkoln”u (Cəbəllütariq) qəbul edib.

Oyun "Qarabağın" 4:0 hesablı qələbəsi ilə yekunlaşıb. Oyunda qolları Abdullah Zubir, Bəhlul Mustafazadə, Redon Cica və Marko Yankoviç vurublar.

 

Komandalar arasında iyulun 11-də “Viktoriya” stadionunda oynanılan ilk matçda “Qarabağ” 2:1 hesablı qələbə qazanıb. İki oyunun nəticəsinə görə, “Qarabağ” UEFA Çempionlar Liqasının ikinci təsnifat mərhələsinə yüksəlib. Komandamızın növbəti rəqibi Polşa çempionu “Rakuv” olacaq.