Yazını böyüt
Yazını kiçilt
“Qarabağ” bu gün Çempionlar Liqasının 2-ci təsnifat mərhələsində cavab oyununa çıxıb.
Hafta.az xəbər verir ki, Ağdam təmsilçisi İsveçrədə “Sürix”lə üz-üzə gəlib. Dramatk məcrada keçən matçın əsas vaxtı "Sürix"in 2:1 hesablı qələbəsi ilə başa çatıb. "Qarabağ" ilk oyunda 3:2 hesablı qələbə qazandığından görüş əlavə vaxta gedib. Burada daha bir qol vuran Qurban Qurbanovun komandası 2:2 hesablı bərabərliklə növbəti mərhələyə yüksəlib.
27 iyul
"Sürix" (İsveçrə) – "Qarabağ" - 2:2 (əlavə vaxtda)
Qollar: Maksim Medvedev, 4-avtoqol (1:0), Kadi Borqes, 50 (1:1), Santini, 90+5 (2:1), Ovusu Kvabena, 98 (2:2)
Hakimlər: Allard Lindhout, Çarlz Sxap, Roy De Nas, Jerön Mansxot (hamısı Niderland)
İsveçrə. “Letsiqrund” stadionu.
İlk oyun - 2:3