"Qarabağ"ın hazırlıq planı açıqlandı

18:52 11.06.2023 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

"Qarabağ"ın yay hazırlıq planı bəlli olub.

Hafta.az klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, Ağdam təmsilçisi bu gündən yeni mövsümün hazırlığına başlayacaq. Təlim-məşq toplanışının ilk mərhələsi Bakıda olacaq.

İyunun 22-də komanda hazırlığın ikinci mərhələsi üçün Avstriyaya yollanacaq. Avstriya toplanışındakı rəqibləri və hazırlıq prosesinin müddəti barədə daha sonra məlumat veriləcəyi bildirilib.