"Qarabağ" "Lex"ə uduzdu

23:59 05.07.2022 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Bu gün Çempionlar Liqasında 1-ci təsnifat mərhələsinə start verilib.

Hafta.az xəbər verir ki, turnirdə ölkəmizi təmsil edən "Qarabağ" da ilk oyununa çıxıb.

Qurban Qurbanovun komandası səfərdə Polşa çempionu "Lex"lə qarşılaşıb. "Poznan" stadionunda keçirilən görüş meydan sahiblərinin 1:0 hesablı qələbəsi ilə başa çatıb.

Komandalar arasında cavab matçı isə iyulun 12-də Bakıda olacaq.

Çempionlar Liqası.
I təsnifat mərhələsinin ilk oyunu

"Lex" (Polşa) - "Qarabağ" (Azərbaycan) - 1:0 
Qol: İsak, 41

Baş hakim: Xose Luis Munuera
Poznan

Oxunma sayı 587