"Qarabağ" və "Neftçi"nin sabiq futbolçusu Braziliya klubunda

21:38 02.01.2024 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

“Qarabağ” və "Neftçi"nin sabiq futbolçusu Ailton Silvanın yeni klubu müəyyənləşib.

Hafta.az xəbər verir ki, braziliyalı müdafiəçi karyerasını ölkəsində davam etdirəcək.

O, C liqasında mübarizə aparan “Amazonas”la 1 illik müqavilə bağlayıb. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb. 

Qeyd edək ki, 28 yaşlı futbolçu 2015/2016 mövsümündə “Neftçi”də, 2019/2020 mövsümündə isə “Qarabağ”da çıxış edib.