"Qarabağ" "Viktoriya" ilə heç-heçə etdi

22:43 17.08.2022 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

"Qarabağ" bu gün Çempionlar Liqasının pley-off mərhələsinin ilk oyununa çıxıb.

Hafta.az xəbər verir ki, Ağdam təmsilçisi Çexiya "Viktoriya"sı (Plzen) ilə qarşılaşıb. Tofiq Bəhramov adına Respublika Stadionunda keçirilən matç qolsuz bərabərliklə başa çatıb.

Qeyd edək ki, bu komandalar arasında cavab görüşü avqustun 23-ü Çexiyada oynanılacaq.

Çempionlar Liqası, pley-offun ilk oyunu
 
Qarabağ – Viktoriya (Çexiya) - 0:0
Hakimlər: 
Slavko Vinçiç, Tomaj Klançnik, Andraj Kovaçiç, Rade Obrenoviç (hamısı Sloveniya).
Tofiq Bəhramov adına Respublika Stadionu.

Oxunma sayı 124