Yazını böyüt
Yazını kiçilt
Konfrans Liqasında 2-ci təsnifat mərhələsinin ilk oyunları davam edir.
Hafta.az xəbər verir ki, bu gün Azərbaycan təmsilçilərindən "Qəbələ" də mübarizəyə başlayıb.
Elmar Baxşıyevin komandası öz meydanında Kipr təmsilçisi "Omoniya"nı qəbul edib. Oyun qonaqların qələbəsi ilə yekunlaşıb.
Komandalar arasında cavab oyunu isə avqustun 3-də Kiprdə keçiriləcək.
27 iyul
Konfrans Liqası-2-ci təsnifat mərhələsinin ilk oyunu
"Qəbələ" (Azərbaycan) - "Omoniya" (Kipr) - 2:3
Qollar: Əyyub Allaş, 4 (1:0), Roman Bezus, 45+1 (1:1), 50 (1:2), Əyyub Allaş, 62 (2:2), Roman Bezus, 82-pen. (2:3)
Baş hakim: Andrey Kivuleta (RUmıniya)
Qəbələ şəhər stadionu