Yazını böyüt
Yazını kiçilt
"Real Madrid" Rusiya klubuna yeni gələn 19 yaşlı Robert Renan üçün Sankt-Peterburq "Zenit"inə təxminən 40 milyon avro təklif etməyə hazırdır.
Bu barədə sosial şəbəkədə insayder Kaike Silva məlumat verib. Onun sözlərinə görə, ispanlar klublararası dünya çempionatı başa çatdıqdan sonra Renanın transferi ilə bağlı danışıqlara başlayacaqlar.
Braziliyalı müdafiəçi qış transfer pəncərəsində “Zenit”in futbolçusu olub. O, əvvəllər Braziliyanın "Korintians" klubunda çıxış edib. Futbolçu ilə 5 illik müqavilə imzalanıb. Onun “Zenit”ə keçidi “Korintians”ın hücumçusu Yuri Albertonu almaq müqaviləsinin bir hissəsi idi.
Renan 2022-ci ilin yayından “Korintians”ın əsas komandasında çıxış edir və 13 oyun keçirib və bir məhsuldar ötürmə edib.