"Real Madrid" Daniel Olmo ilə maraqlanır

18:51 11.04.2023 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

"Real Madrid" bu yay 24 yaşlı İspaniya və "Leypsiq"in yarımmüdafiəçisi Daniel Olmonu heyətinə qatmağa çalışacaq. Relevo xəbər verir.

Kral klubu onu Luka Modriç və Toni Kroosun potensial əvəzləyicisi kimi görür.

Olmonun Leypsiqlə müqaviləsi gələn mövsümün sonuna kimi hesablanıb. Olmo İspaniyaya qayıtmaq istəyir.

O, “Espanyol” və “Barselona”nın gənclərdən ibarət komandalarında oynayıb, 2020-ci ildə Zaqreb “Dinamo”sundan Leypsiqə keçib və 2019-cu ildən İspaniya millisində çıxış edir.