Yazını böyüt
Yazını kiçilt
"Sumqayıt" bu gün Konfrans Liqasının 2-ci təsnifat mərhələsində ilk oyununu keçirib.
Hafta.az xəbər verir ki, Samir Abasovun komandası evdə Macarıstan "Fehervar"ını qəbul edib.
Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunda keçirilən görüş "Fehervar"ın 2:1 hesablı qələbəsi ilə başa çatıb.
Cavab görüşü iyulun 31-də Macarıstanda oynanılacaq.
Konfrans Liqası, ilk oyunlar
25 iyul
"Sumqayıt" (Azərbaycan) - "Fehervar" (Macarıstan) - 1:2
Qollar: Səbuhi Abdullazadə, 20 (1:0), Tobyas Kristensen, 39 (1:1), Ksaba Spandler, 52 (1:2)
Qırmızı vərəqə: Murad Xaçayev, 32 ("Sumqayıt")