"Time" jurnalı Messini ilin idmançısı seçib

23:54 05.12.2023 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Argentina millisi və "İnter Mayami"nin hücumçusu Lionel Messi ilin idmançısı seçilib.

Hafta.az apa-ya istinadən xəbər verir ki, bu barədə Amerikanın "Time" jurnalı futbolçunu ilin idmançısı elan edib.

Qeyd edək ki, 2023-cü ildə Messi səkkizinci dəfə Ballon d'Or mükafatını qazanıb.

Həmçinin PSJ ilə Fransa Liqa 1 və Fransa Super Kubokunu qazanıb.

Eyni zamanda, "İnter Mayami"nin heyətində Messi Amerika klubu ilə ilk kubokunu - Liqa Kubokunu qazanb.

Bu yay Messi Devid Bekxemə məxsus “İnter Mayami” klubuna keçib.

14 matçda argentinalı 11 qol vurub.

Xatırladaq ki, Messi 2022-ci ildə Argentina millisinin tərkibində ilk dəfə dünya kubokunu qazanıb.

Oxunma sayı 127