"Vugar Gashimov Memorial-2022"nin afişası ABŞ-ın məşhur meydanında - FOTO

18:20 10.12.2022 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

ABŞ-ın məşhur "Times" meydanında "Vugar Gashimov Memorial-2022" şahmat turniri barədə məlumat nümayiş olunub.

Turnirin mətbuat xidmətindən hafta.az-a bildiriblər ki, Nyu-York sakinləri "Vugar Gashimov Memorial-2022" barədə məlumatı şəhərin ən prestijli monitorları vasitəsilə izləyiblər. Turnirin təşkilatçıları Azərbaycanın şahmat tarixində ilklərə imza atmağa davam edir.

Turnirdə yeddi ölkə - Azərbaycan, ABŞ, Çin, Hindistan, Özbəkistan, Rumıniya və İspaniyadan 10 şahmatçı iştirak edəcək. Memorial rapid və blits üzrə təşkil olunacaq. Yarış Vüqar Həşimov Şahmat Fondunun təşkilatçılığı, Gənclər və İdman Nazirliyinin və Azərbaycan Şahmat Federasiyasının dəstəyi, SOCAR-ın sponsorluğu ilə dekabrın 17-dən 24-dək “Fairmont Baku” hotelində baş tutacaq.