"YAŞAT" 3 qazinin əməliyyat xərcini qarşılayıb - FOTO

18:00 01.04.2021 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

"YAŞAT” Fondu Vətən Müharibəsində ağır yaralanan şəxslərin müalicə xərclərinin qarşılanması üzrə işləri davam etdirir. 

Fonddan hafta.az-a verilən məlumata görə, qazilərimiz İlqar Avazovun, Murad Muradovun və Xəyal Əhmədovun əməliyyat xərcləri Fond tərəfindən qarşılanıb.

Xatırladaq ki, “YAŞAT” Fonduna müraciət etmək və Fondun fəaliyyəti ilə tanış olmaq üçün yashat.gov.az portalı istifadədir.

Fondun hesabatlılığı ilə tanış olmaq üçün keçid: https://yashat.gov.az/report/tableau 

Həmçinin Fondun 8110 “Çağrı” Mərkəzi fəaliyyət göstərir.