Yazını böyüt
Yazını kiçilt
"Yuventus" A Seriyasındakı çıxışının nəticələrinə və xalların silinməsinə görə Çempionlar Liqasına vəsiqə qazana bilməyib.
Hafta.az xəbər verir ki, Massimiliano Alleqrinin komandası A seriyasının 37-ci turu çərçivəsində səfərdə "Milan"a uduzub (0:1).
Maliyyə saxtakarlığına görə 10 xal silinməsindən sonra "Yuventus"un 59 xalı qalıb.
Turin təmsilçisi 2010/11 mövsümündən sonra ilk dəfə Çempionlar Liqasında oynamayacaq. Komanda A Seriyasında 7-ci yeri tutub. “Yuventus”un hələ də avrokuboklara düşmək şansı var. Çünki onlar 6-cı yerdəki "Roma"dan cəmi 1 xal, 5-ci "Atalanta"dan 2 xal geri qalırlar.
A Seriyasının son turunda “Yuventus” səfərdə “Udineze” ilə qarşılaşacaq.