Yazını böyüt
Yazını kiçilt
"Yuventus" hələ də sabiq futbolçusu Kriştiano Ronaldoya çıxış etdiyi müddətdə (2018-2021) haqqı olan maaşın bir hissəsini ödəməyib.
Hafta.az xəbər verir ki, bu barədə "La Gazetta dello Sport" məlumat yayıb.
2018-ci ilin yayında "Yuventus" Ronaldonu "Real"dan alıb. Onunla bir mövsüm üçün 31 milyon avro maaşla müqavilə imzalayıb. Pandemiya zamanı Kriştiano maaşını azaldan oyunçulardan biri olub.
Bildirilib ki, "Yuventus"la bağlı aparılan araşdırmada faktiki olaraq heç bir azalma olmadığına və futbolçuların maaşlarını tam şəkildə almağa davam etdiyinə dair sübutlar tapıblar. Bundan əlavə, "Yuventus"un 37 yaşlı hücumçuya 19,9 milyon avro borcu qalıb.
Qeyd edək ki, noyabrda "Mançester Yunayted"dən ayrılan Ronaldo hazırda azad agentdir.