Yazını böyüt
Yazını kiçilt
Azərbaycan təmsilçisi "Zirə" bu gün Konfrans Liqasının 2-ci təsnifat mərhələsində ilk oyununa çıxıb.
Hafta.az xəbər verir ki, Rəşad Sadıqovun baş məşqçilik etdiyi komanda evdə "DAK 1904" (Slovakiya) ilə üz-üzə gəlib.
"Dalğa Arena"da keçirilən görüşdə "Zirə" rəqibini darmadağın edib - 4:0.
"Zirə" ilə "DAK 1904" arasında cavab görüşü avqustun 1-də Slovakiyada keçiriləcək.
Konfrans Liqası, ilk oyunlar
25 iyul
"Zirə" (Azərbaycan) - "DAK 1904" (Slovakiya) - 4:0
Qollar: Rafael Utziq, 29 (1:0), Junior Martins, 31 (2:0), David Volkov, 51 (3:0), 53 (4:0)