Yazını böyüt
Yazını kiçilt
Türkiyədə Tekirdağın Çərkəzköy Qazi Mustafa Kamal Paşa Məhəlləsinin Şehit Erdinç Duran küçəsində yaşayan qadın səhvən içində zərgərə aparacağı qızıl-zinət əşyaları olan çantanı zibillə birlikdə həyat yoldaşına verərək zibil qutusuna atdırıb.
Hafta.az-ın yazdığına görə, bir az sonra qızılla dolu çantanı tapmayan qadın, axtarışlarından heç bir nəticə əldə edə bilmədiyini görüb Polis Şöbəsinə müraciət edib.
Polis təhlükəsizlik kameralarını araşdıraraq müəyyən edib ki, zibil qutusundan tullantıları toplayan bir şəxs içində qızıl-zinət əşyaları olan çantanı götürüb. Polis müəyyən etdikləri şəxsdən götürdüyü 1,2 milyon lirə (62 min manat) dəyərində qızıl-zinət əşyalarını alaraq sahibinə təhvil verib.