Zəngəzur dəhlizinin yaradılması Qarabağla bağlı üçtərəfli bəyanatda əksini tapıb.
Hafta.az xəbər verir ki, bu fikirləri "Svobodnaya pressa"ya müsahibəsində rusiyalı deputat, Dövlət Dumasının MDB məsələləri komitəsinin sədri Leonid Kalaşnikov səsləndirib.
Onun sözlərinə görə, həmişə postsovet respublikalarının problemlərini üçtərəfli formatda həll etməyə çağırıb. Bu səbəbdən də, Ermənistanda tənqid olunub:
"Ermənilərə həmişə demişəm. Hansısa Minsk Qrupu ilə problemlərinizi həll edə bilməyəcəksiniz. Nə amerikalılar, nə də fransızlar bunda maraqlı deyillər. Onlara Rusiyaya zərər vermək lazımdır. Niyə Cənubi Qafqazda sakitlik olsun ki?".
Komitə sədri daha sonra əlavə edib ki, həm Azərbaycan, həm də Ermənistan prezident Putinə hörmətlə yanaşır. Nə üçün bu imkandan istifadə edilməsin?
"Ermənilərə hazırda sərhədlərin açılması lazımdır. Zəngəzur dəhlizi üstərəfli bəyanatda əksini tapıb. Lakin ermənilər də türklərə deməlidir ki, sərhəddi açın, ticarət edək. Azərbaycan da sərhədləri açsın ki, ermənilər dəmiryolu vasitəsi ilə Rusiyaya gedə bilsinlər".
Kalaşnikov Ermənistanın Azərbaycanla sərhəd mübahisəsinə KTMT-ni cəlb etmək niyyətini də axmaqlıq adlandırıb.