12 yaşında DÜNYA ÇEMPİONU OLDU

18:17 11.10.2022 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Lənkəran rayon Nərimanabad (Sarı) qəsəbə sakini, 12 yaşlı Nizami Elnur oğlu Əliyev İtaliyada keçirilən yarışda King Boksing üzrə dünya çempionu titulunu qazanıb. O, 32 kiloqram çəki dərəcəsində  yarışıb. Nizami buna qədər ardıcıl beşqat Bakı, dördqat respublika çempionu olub, Zəfər doyüş kəmərinin sahibidir.

Yaxnlarının Lent.az-a verdiyi məlumata görə, 12 yaşlı çempion beynəlxalq nəticə göstərdiyi üçün indidən Bədən Tərbiyəsi Universitetinin tələbəsi olmaq şansını da qazanıb.