Yazını böyüt
Yazını kiçilt
"Real"ın yeni transferi Arda Güler sağ dizindən əməliyyat olunub.
Hafta.az klubun saytına istinadən məlumat yayıb. Xəbərə görə, əməliyyat uğurlu keçib.
Türkiyəli yarımmüdafiəçi iyulun 29-da Madrid təmsilçisinin məşqində zədələnib. O, bu səbəbdən klubun ABŞ-dakı təlim-məşq toplanışını vaxtından əvvəl başa vurub. 18 yaşlı futbolçunun bir neçə ay yaşıl meydanlardan uzaq qalacağı gözlənilir.
Qeyd edək ki, "Real" iyulun 6-da A.Gülerlə 2029-cu ilin iyununa qədər müqavilə imzaladığını açıqlayıb.