34 yaşlı müsəlman Nyu-York şəhərinin meri seçildi

09:28 05.11.2025 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Zohran Mamdani Nyu-York şəhərinin yeni meri seçilib.

Hafta.az xəbər verir ki, noyabrın 4-də ABŞ-da keçirilmiş seçkilərin nəticəsində 34 yaşlı Demokratlar Partiyasının təmsilçisi Mamdani keçmiş qubernator, müstəqil namizəd Endryu Kuomo və Respublikaçılar Partiyasından namizədliyini irəli sürmüş Kertis Slivanı məğlub edib. O, sentyabr ayında bu post uğrunda seçkilərdə namizədliyini geri götürən, lakin seçki bülletenində adı qalan Erik Adamsı əvəz edəcək.

Mamdani son bir əsr ərzində şəhərin ən gənc meri olacaq.

Qeyd edək ki, bu seçkilərdə ABŞ Prezidenti Donald Tramp Endryu Kuomonun namizədliyini dəstəkləyirdi.