Yazını böyüt
Yazını kiçilt
Neftçalada yanğın hadisəsi olub.
Hafta.az Fövqəladə Hallar Nazirliyinə istinadən xəbər verir ki, rayonun Kürkənd kəndində ümumi sahəsi 144 m² olan kürsülü, birmərtəbəli 4 otaqlı evin 3 otağının və dam örtüyünün yanar konstruksiyaları 111 m² sahədə, bitişik sahəsi 408 m² olan talvarın taxta atmaları 110 m² sahədə yanıb.
Evin və talvarın qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.