Yazını böyüt
Yazını kiçilt
İngiltərə Premyer Liqasının 23-cü turunda hazırda "Lids"lə keçirilən oyun "Mançester Yunayted"in qapıçısı David de Xea üçün əlamətdar olub.
Hafta.az xarici mətbuata istinadən xəbər verir ki, bu, start heyətdə meydana çıxan ispaniyalı qolkiperin Premyer Liqada 400-cü matçı olub. O, Premyer Liqada 400 oyuna çatan ən gənc qapıçıdır. De Xea 32 yaş 97 günlüyündə buna nail olub.
Qeyd edək ki, De Xea 2011-ci ildən "Mançester Yunayted"də çıxış edir.