11-ci Məhkəmə Paketinin bu gün Türkiyə Böyük Millət Məclisinə təqdim ediləcəyi bildirilib. Paketə COVID-19 dövründə tətbiq edilən azaldılmış cəzalardan yararlana bilməyən məhkumlar üçün yeni bir müddəa daxildir. Məlumata görə, paket pandemiya dövründə cəzaları 31 iyul 2023-cü ildən sonra başa çatdığı üçün azaldılmış cəzalardan yararlana bilməyən bir çox şəxs üçün yeni bir qapı açacaq.
Hafta.az-ın yazdığına görə, təsir təhlilindən sonra AKP parlament qrupu cəzaların icrası ilə bağlı düzəlişi paketə daxil etmək qərarına gəlib. Texniki hazırlıqları Ədliyyə Nazirliyi tərəfindən tamamlanan layihənin bu gün AKP parlament qrup lideri Abdullah Gülər tərəfindən Parlamentə təqdim edilməsi gözlənilir.
Paket hazırkı formada qəbul edilərsə, təxminən 50min məhkumun sərbəst buraxıla biləcəyi gözlənilir. Rəsmilər bildirirlər ki, paketin əhatə dairəsinin genişlənməsindən asılı olaraq bu rəqəm gələcəkdə arta bilər.