73 yaşlı qadını maşın vurdu

10:14 18.07.2024 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Sabunçuda piyadanın ölümü ilə nəticələnən yol- nəqliyyat hadisəsi baş verib.

 

Hafta.az xəbər verir ki, hadisə Bakıxanov qəsəbəsində qeydə alınıb.

 

1971-ci il təvəllüdlü Səlimov Natiq Rafiq oğlu idarə etdiyi "Hyundai Santafe" markalı avtomobillə hərəkətdə olan piyada 1951-ci il təvəllüdlü Rzayeva Qətibə Yusifəli qızını vurub. Piyada hadisə yerində ölüb.

 

Səlimov Natiq Rafiq oğlu şübhəli şəxs qismində saxlanılıb.

 

Fakt araşdırılır.