İdmançımız beynəlxalq turnirdə 5 qızıl medal qazanıb

19:18 28.05.2024 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Azərbaycan idmançısı Aydın Əlibəyov Rusiyanın Sankt-Peterburq şəhərində atçılığın dresaj növü üzrə keçirilən “Maksima Masters” Avrasiya Kubokunda yüksək nəticələr əldə edib.

Dövlət Sərhəd Xidmətindən hafta.az-a verilən məlumata görə, iki gün davam edən turnirdə 3 atla iştirak edən təmsilçimiz cavan atlar arasında (5-7 yaş) yarışlarda dörd qızıl və "Prix Sant George" proqramı üzrə bir bürünc medal qazanıb.

O, “İntermediate 1 Freestyle2 proqramında isə daha bir qızıl mükafata sahib çıxıb.