İdmançımız dünya çempionatının finalında

22:16 20.07.2022 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Azərbaycan qılıncoynadanı Anna Başta Misirin paytaxtı Qahirə şəhərində keçirilən dünya çempionatında finala yüksəlib.

 

Hafta.az xəbər verir ki, dünya reytinqinin 1 nömrəsi qadın sablyaçıların şəxsi yarışında yarımfinalda Yunanıstan təmsilçisi Despina Georgiadouya 15:9 hesabı ilə qalib gəlib.

 

O, finalda Yaponiya sablyaçısı Emura Misaki ilə qarşılaşacaq.