İlin məhsuldar qapıçıları bəlli olub

21:18 05.01.2024 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

2023-cü ilin ən məhsuldar qapıçılarının siyahısı açıqlanıb.

İdman.biz xəbər verir ki, İFFHS-in tərtib etdiyi cədvələ il ərzində 2 və ya daha çox qol vuran qolkiperlər daxil edilib.

Buna yalnız 4 futbolçu nail olub. Birdən çox qol vuran qapıçıların hamısı Cənubi Amerika ölkələrinin təmsilçiləridir.

İlin bombardiri Tiaqo Volpidir. "Toluka"nın braziliyalı qapıçısı penalti zərbələrindən 9 qola imza atıb. Dieqo Rodrigez üç, Xuan Karlos Robles iki penaltini dəqiq yerinə yetirib. Joan Parra isə iki qoldan birini penaltidən, digərini isə oyundan vurub.

1. Tiaqo Volpi (Braziliya, "Toluka" Meksika) - 9
2. Dieqo Rodrigez (Argentina, "Qodoy Krus") - 3
3. Joan Parra (Kolumbiya, "Enviqadao") - 2
4. Xuan Karlos Robles (Boliviya, "Qran Mamore") – 2