İngiltərə millisinin baş məşqçisi istefa verib

14:51 16.07.2024 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

İngiltərə millisinin baş məşqçisi Qaret Sautgeyt istefa verib.

Hafta.az xəbər verir ki, bu barədə İngiltərə Futbol Assosiasiyasının rəsmi “X” sosial media hesabında məlumat verilib.

Açıqlamada 2016-cı ildən milliyə rəhbərlik edən 53 yaşlı çalışdırıcının yığmadakı vəzifəsini tərk edəcəyi bildirilib.

Qeyd edək ki, İngiltərə seçməsi Almaniyanın ev sahibliyi etdiyi Avropa çempionatının finalında İspaniya yığmasına 1:2 hesabı ilə məğlub olub.