İranın FİFA-dan ABŞ millisi tələbi

13:12 28.11.2022 Müəllif:Azad Əliyev
Yazını böyüt
Yazını kiçilt

İran Futbol Federasiyası ABŞ milli komandasına ölkələrinin ləyaqətini təhqir etdiyinə görə 10 oyunluq cəza tələb edib. Bu barədə The Guardian məlumat yayıb.

Amerika millisinin nümayəndələri ilə bağlı şikayət Beynəlxalq Futbol Federasiyasının (FİFA) Etika Komitəsinə göndərilib.

Xatırladaq ki, noyabrın 27-də səhər saatlarında ABŞ Futbol Federasiyası öz sosial şəbəkələrində İslam Respublikasının simvolu olan İranın gerbi olmayan dövlət bayrağını dərc edib.

Bu, Qətərdə 2022-ci ildə keçiriləcək futbol üzrə dünya çempionatının qrup mərhələsinin 3-cü turunun hər iki ölkə komandasının iştirakı ilə keçiriləcək oyunu öncəsi İranda keçirilən etiraz aksiyalarına dəstək məqsədilə edilib. Bu barədə Associated Press məlumat yayıb. İran-ABŞ görüşü noyabrın 29-da baş tutacaq. Moskva vaxtı ilə 22:00-da başlayır.

Oxunma sayı 2279