İranın xarici işlər naziri Azərbaycana səfər edəcək

13:07 20.12.2021 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

Dekabrın 21-də İran İslam Respublikasının xarici işlər naziri Hüseyn Əmir Abdullahian Azərbaycan Respublikasına səfər edəcək.

Hafta.az xəbər verir ki, səfər Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovun dəvəti ilə həyata keçiriləcək.

Səfər çərçivəsində bir sıra görüşlər keçiriləcək, iki ölkə arasındakı qarşılıqlı faydalı əməkdaşlıq əlaqələrinin inkişafı perspektivləri müzakirə olunacaq.