İraq araşdırmaya başladı: 50 min pakistanlı yoxa çıxıb

09:28 29.07.2024 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

İraq dünən Məhərrəm ayında ziyarətgahları ziyarət etmək üçün ölkəyə daxil olan minlərlə pakistanlının yoxa çıxması ilə bağlı araşdırma başlandığını açıqlayıb.

Hafta.az-ın “The Nation” qəzetinə istinadən yazdığına görə, Pakistanın dini işlər və dinlərarası harmoniya naziri Çaudri Hüseyn son illərdə İraqda 50 min Pakistan vətəndaşının yoxa çıxdığını açıqlayıb.

İraqın əmək naziri Əhməd əl-Əsədi ölkədə qeyri-leqal işçilərin sayının artması ilə bağlı narahatlığını bildirib. O, nazirliyinin İraqda minlərlə pakistanlının itkin düşməsini araşdıracağını vurğulayaraq, "bu məsələnin araşdırılmasının və onlara qarşı müvafiq qanuni tədbirlərin görülməsinin faydalı olacağını" deyib.

İraq polisi dini məkanları ziyarət edərkən ölkəyə soxulmuş onlarla pakistanlının saxlanıldığını açıqlayıb.