İsrail Livanda "Hizbullah"ın hərbi obyektinə zərbələr endirdi

10:46 03.10.2025 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

İsrail Müdafiə Ordusu (SAXAL) bir müddət əvvəl Livanın cənubunda "Hizbullah"ın atəş və müdafiə sistemlərinin idarə edildiyi məntəqəyə zərbələr endirib.

Hafta.az bu barədə SAXAL-ın Mətbuat Xidmətinə istinadla xəbər verir. Hücum zamanı silah anbarları, hərbi tikililər və yeraltı infrastruktur obyektləri hədəfə alınıb.

"Bu məntəqədə terror fəaliyyəti aşkar edilmişdi", - deyə məlumatda qeyd edilib.

O da vurğulanıb ki, belə bir obyektin mövcudluğu, həmçinin orada həyata keçirilən terror fəaliyyəti İsrail və Livan arasında atəşkəs barədə razılaşmaların pozulmasıdır.