İsraildən raket almışıq, əcəb etmişik - İRANLI MOLLALARA CAVAB

20:28 22.09.2021 Müəllif:Sultan Laçın
Yazını böyüt
Yazını kiçilt

Əvvəla, biz özümüz bilərik, kiminlə silah alveri etməyimizi. Biz İranın bu cür daxili işlərinə müdaxilə etmirik ki... İkincisi, İsraildən raket almışıq, əcəb etmişik. Həmin silahlardan biz öz torpaqlarımızı  azad etmək üçün istifadə etmişik.

Bu fikirləri hafta.az-a politoloq Tofiq Zülfüqarov bəzi iranlı din xadimlərinin Azərbaycanı İsraillə hərbi əməkdaşlıqda ittiham etməsinə cavab olaraq bildirib: 

"İranda, yaxud Azərbaycanda  kiminsə qarşı tərəfdəki nədənsə xoşu gəlməyə bilər. Amma axı söhbət dövlətlərarası münasibətlərdən gedir. Biz o səviyyədə dövlətlər deyilik ki, belə bir gülünc səpkidə əlaqələr quraq. Sadəcə, bir daha təkrar edirəm ki, münasibətlərdə soyuqluq yaranmasına əsas səbəb İsrail-filan deyil, İranın öz daxilində gedən hansısa proseslərdir. Və oradakı hansısa qüvvələr daxili ziddiyyətləri gərginləşdirmək üçün Gorus-Qafan yolundakı vəziyyətdən və  bəhs edilən hərbi təlimlərdən sui-istifadə etdi. Çünki onlar yaxşı bilirlər ki, İrandakı  azərbaycanlılar qeyri-iradi Azərbaycanla bağlı öz isti münasibətlərini göstərəcəklər. Odur ki, bu gərginlik İranın öz daxilində böyük problemlər yarada bilər..."

Oxunma sayı 3422
Gündəm rubrikasından digər xəbərlər